Şəkidə ŞOK HADİSƏ: Küçədə tutduğu 12 yaşlı qızı sürüyə-sürüyə evə apardı – TƏFƏRRÜAT
    • 28-03-2022, 12:13
    • 864

Şəkidə ŞOK HADİSƏ: Küçədə tutduğu 12 yaşlı qızı sürüyə-sürüyə evə apardı – TƏFƏRRÜAT

Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 12 iyun tarixində saat 19 radələrində Şəkinin ** kənd sakini, 1974-cü il təvəllüdlü Qalib Xıdırovun həmkəndlisi, 2009-cu il təvəllüdlü qıza qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə 48 yaşlı şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, Qalib yaşadığı ** kəndində küçədə olarkən marketə gedən həmkəndlisi 2009-cu il təvəllüdlü qızı görüb. O, qızı tututaraq yaşadığı evin həyətinə salıb və zorla mənzilə apararaq azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Qalibin bu hərəkətini küçədən keçən uşaqlardan biri görüb və valideynlərinə xəbər verib. Qonşular gələrək Qalibə məxsus evi və həyət darvazasını daşlamağa başlayıb. Bunu görən Qalib qızı buraxıb.
Məhkəmədə azyaşlı qızın ailəsi Qalib Xıdırova ən ağır cəzanın verilməsini tələb ediblər.

Şahidlər və tədqiq edilən digər faktlar da törədilmiş cinayət əməlini təsdiq edib.

Qalib Xıdırov məhkəmədə qızın özünün onun həyətinə gələrək qızını soruşduğunu, bu zaman onu evə dəvət edərək yalnız 1 dəfə üzündən öpdüyünü iddia edib.

Məhkəmə Qalibin 11 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə hökm edib.