-
- 14-11-2019, 11:43
- 1 983
Azərbaycanda SEKSUAL MANYAK azyaşlı oğlanı dəfələrlə zorladı
Azərbaycanda azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq cinayəti törətmiş şəxs barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Salmanov Kənan İsrayıl oğlunun azyaşlıya qarşı etdiyi seksual xarakterli zoraklıq əməllərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.2.5-ci (Seksual xarakterli zorakılıq hərəkətləri - təkrar törədildikdə) maddələri ilə cinayət işi açılıb. İş üzrə azyaşlı oğlan zərərçəkən şəxs qismində tanınıb.
Qeyd edək ki, seksual manyakın əməli sübuta yetirilsə, onu səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Artıq iş üzrə ibtidai istintaq tədbirləri yekunlaşdırılıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işiə hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılacaq.məhkəmənin hazırlıq iclası 25 noyabr tarixinə təyin edilib.