-
- 28-03-2022, 17:30
- 1 643
Özündən 23 yaş böyük kişini öldürən Vüsalla bağlı YENİ XƏBƏR
Dekabrın 4-də Cəlilabad rayonu, Sabirabad kənd sakini, 1999-cu il təvəllüdlü Vüsal Əliyevin yaşadığı kənd ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Cəlilabad rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirib, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.
Toplanmış kifayət qədər sübutlar əsasında Akif Heydərova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyatı üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.