-
- 28-03-2022, 22:16
- 1 599
Ceyhun Bayramov: "Ermənistan sülh və sabitliyin təmin olunmasında əngəllər yaradır"
Almaniyaya işgüzar səfəri çərçivəsində 28 mart 2022-ci il tarixində nazir Ceyhun Bayramov Almaniya Federativ Respublikasının federal kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner ilə görüşüb.
Xarici İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, Azərbaycan və Avropa İttifaqı münasibətləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə post-münaqişə dövründə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycanın atdığı addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə Ermənistan tərəfindən birgə bəyanatın müddəalarının pozulması və sülh və sabitliyin təmin olunmasına əngəllərin törədilməsi ilə bağlı ətraflı məlumat verib. Nazir, bölgənin gələcək sülh şəraitində inkişafına dair Azərbaycanın baxışı ilə bölüşüb.
Görüşdə tərəflər, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Cənubi Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.