23 yaşlı Nəcibə İsayevanın öldürülməsi ilə bağlı YENİ XƏBƏR
    • 29-03-2022, 11:06
    • 684

23 yaşlı Nəcibə İsayevanın öldürülməsi ilə bağlı YENİ XƏBƏR

Dekabrın 4-də Şabran rayonu, Çaraq kənd sakini 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şabran rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Şabran  rayon prokurorluğundan News24.az-a aparılmış istintaqla, zərərçəkmişin qardaşı 1992-cı il təvəllüdlü Rüfət Quliyevin birgə yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nəcibə İsayevaya bıçaqla çosaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.