-
- 29-03-2022, 13:33
- 1 454
Bakıda ŞOK HADİSƏ: Pəncərədən evə girib uşaqların gözü önündə arvadını doğradı
Ötən ilin 30 iyul tarixində saat 17 radələrində Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində 1986-cı il təvəllüdlü Səfərov İsmayıl Qafar oğlunun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Ülviyyə Səfərovanı bıçaqlaması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə İsmayıl Səfərov Cinayət Məcəlləsinin 126.2.3 (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə) və 157.1-ci (Mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndirilib.
Məlum olub ki, İsmayıl Ülviyyə ilə 2008-ci ildə evlənib və onların 3 azyaşlı övladı var. Lakin evliliyin ilk günlərindən onların arasında tez-tez münaqişələr baş verib. Nıhayət 2020-ci ildə onlar ailəliklə Masallının Ərkivan qəsəbəsindən Bakıya köçərək kirayə yaşayıblar. Lakin qısa vaxt sonra ev sahibi İsmayıl kirayə pulunu ödəmədiyi üçün onları evdən çıxarıb. Həmçinin ərinin mütəmadi olaraq onu döyməsindən, evə sərxoş halda gəlib dava-dalaş salmasından bezən Ülviyyə Lökbatan qəsəbəsinə valideynlərinin kirayə yaşadığı mənzilə köçüb.
Bıçaqlanma hadisəsinin baş verdiyi gün isə İsmayıl Səfərov 20 Yanvar metrostansiyasının yanındakı kafedə 2 bokal pivə içib və daha sonra yaxınlıqdakı mağazadan 2 manata bıçaq alaraq taksi ilə Lökbatana gedib. O, qapını döysə də, Ülviyyə İsmayılın yeni onu döyəcəyindən, dava salacağından ehtiyat edərək qapını açmayıb və artıq boşanmaq istədiyini deyib. Bundan sonra İsmayıl pəncərə tərəfə atlanaraq evin pəncərəsindən mənzilə soxulub və hamam otağında Ülviyyəni yaxalayaraq onu 3 azyaşlı övladının gözləri qarşısında 2 dəfə bıçaqlayıb.
Ülviyyənin anasının müdaxiləsindən sonra o, mənzili tərk edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1986-cı il təvəllüdlü İsmayıl Səfərov yuxarıda qeyd edilən maddələr üzrə təqsirli bilinərək 8 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Hadisəni törədən İ.Səfərov həmin gün özünə də iki bıçaq zərbəsi vurub. O, xəstəxanaya çatdırılıb. İ.Səfərova boyunun kəsilmiş-deşilmiş və biləyin kəsilmiş yaraları diaqnozu qoyulub.