-
- 29-03-2022, 12:07
- 975
"Get xarabanda iç” dedi, dava düşdü, sinəsindən bıçaqlandı – TƏFƏRRÜAT
Ötən il avqustun 2-nə keçən gecə saat 02 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində 1977-ci il təvəllüdlü Novruzov Novruz Rafiq oğlunun bıçaqlanması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən və 1993-cü il təvəllüdlü Pərvin Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (xuliqanlıq) maddələri iləaçılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb.
Bəlli olub ki, hadisədən əvvəl Pərvinin qardaşı Şahmar küçədə səs-küy salıb. Bunu görən N.Novurozv küçəyə çıxaraq ona xəbərdarlıq edib və mübahisə baş verib. Bundan sonra əlində pivə hadisə yerinə gələn Pərvin qardaşını müdafiə məqsədilə Novruzla mübahisəyə başlayıb və münaqişə baş verib. Novruzun ondan güclü olduğunu görən Pərvin üzərindəki bıçaqla ona hücum edərək bir neçə dəfə zərbə endirib. Zərbələrdən biri N.Novruzovun döş qəfəsinə tuş gəlib və o, ağır xəsarət alıb.
İbtidai istintaq zamanı ev dustaqlığına buraxılan Pərvin Məmmədovun məhkəmə prosesinin yekununda 8 il müddətinə azadlıqdan məhrum edilməsinə və məhkəmə salonundaca həbs edilməsinə hökm edilib.