Bakıda məktəbə bomba qoyulduğunu deyən şəxsdən ŞOK SÖZLƏR
    • 30-03-2022, 15:20
    • 1 487

Bakıda məktəbə bomba qoyulduğunu deyən şəxsdən ŞOK SÖZLƏR

Oktyabrın 29-da DİN-in “102 - Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunan 36 yaşlı P.Məmmədov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.
Məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Mərdəkan qəsəbə sakini olan P.Məmmədov barəsindəki işə baxılıb. Məhkəmə onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məkum edilməsinə və cəzasını üumi rejimli müəssisədə çəkməsinə hökm edib.

1985-ci il təvəllüdlü P.Məmmədv bildirib ki, özü qəsdən belə bir əməl törədib ki, həbsxanaya qayıtsın, çünki azadlıqda yaşaya bilmir:
“Elan edilmiş ittiham üzrə özümü təqsirli bilirəm. 29 oktyabr 2021-ci il tarixdə saat 11:57-də “Mərdəkan Stansiyası” adlanan ərazidə avtobus dayanacağında olan zaman iki cavan oğlanın bir-biri ilə söhbət etdiklərini və birinin digərinə 181 saylı məktəbin damına bomba qoyulduğunu deməsini eşitdiyim üçün dərhal yaxınlıqdakı taksofondan Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək, bir nəfər oğlanın “Stansiya Mərdəkan” adlanan yerdə yerləşən 181 saylı məktəbin damında bomba olduğunu deməsini eşitməyim barədə məlumat verdim. Məlumatı qəbul edən qadına öz ad və soyadımı da bildirdim. Mən yaşayışımdan narazıyam, dəfələrlə məhkum olunmuşam, məhkumluq həyatına öyrənmişəm. Özümə bir məşğuliyyət tapa bilmədiyim üçün dolanışığımı da təmin edə bilmirdim. Mənə himayədarlıq edən kimsə də yoxdur. Ona görə də yenidən cəzaçəkmə müəssisəsinə qayıtmaq fikrinə düşmüşdüm. Bu səbəbdən də Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng etmişəm. Başa düşürəm ki, kiminsə bu barədə söhbəti həqiqətə uyğun olmaya bilər. Polisə ifadələrimdə də göstərmişəm ki, 29 oktyabr 2021-ci il tarixdə saat 11:57-də “Mərdəkan Stansiyası” adlanan yerin qarşısındakı telefon danışıq məntəqəsindən Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək, guya bir nəfər oğlanın “Stansiya Mərdəkan” adlanan yerdə yerləşən 181 saylı məktəbin damında bomba olduğunu deməsini eşitməsi barədə məlumat vermişəm. Həqiqətdə isə bu məlumatın yalan olmasını bilirdim”.