Bakıda dəhşətli hadisə - Qadın küçənin ortasında ölüm ayağında - VİDEO
    • 31-03-2022, 14:46
    • 886

Bakıda dəhşətli hadisə - Qadın küçənin ortasında ölüm ayağında - VİDEO

Bu gün günorta saatlarında Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, Yusif Səfərov küçəsində - Leyla Şıxlıniskaya klinikasının qarşısında naməlum avtomobil orta yaşlı qadını vurub.

Başından ağır xəsarət alan qadın yolun hərəkət hissəsinə düşüb.

Hadisə şahidləri bildiriblər ki, qadının xəsarəti və vəziyyəti çox ağır olub, onun başından qan gəlib.

Hadisəni törədən nəqliyyat vasitəsinin ərazidən uzaqlaşdığı bildirilib.

Hadisə yerindən görüntüləri təqdim edirik.