Loboda Ukrayna ordusu üçün 1,5 milyon göndərdi
    • 31-03-2022, 22:15
    • 1 529

Loboda Ukrayna ordusu üçün 1,5 milyon göndərdi

Ukraynanın Əməkdar artisti Svetlana Loboda ölkəsinin ordusu üçün yardım göndərib.

News24.az xəbər verir ki, bu barədə Borispol meri Vladimir Borisenko feysbukdakı canlı çıxışı zamanı məlumat verib.

O bildirib ki, müğənni ordu üçün hərbi avtomobil alıb. Sənətçi zirehli gödəkçə və turniketlərin alınması üçün isə 1,5 milyon qriven (təxminən 86 min 400 manat) pul göndərib. /Unikal.az/