Azərbaycan Kubokunun oyunu zamanı baş məşqçinin səhhətində problem yaranıb
    • 6-12-2018, 18:35
    • 916

Azərbaycan Kubokunun oyunu zamanı baş məşqçinin səhhətində problem yaranıb

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Ağsu” – “Sabah” oyunu zamanı meydan sahiblərinin baş məşqçisi Rüfət Quliyevin səhhətində problem yaranıb.

Bu barədə 46 yaşlı mütəxəssisin özü məlumat verib.
R.Quliyev bildirib ki, təzyiqi düşdüyü üçün matçdan sonra təşkil edilən mətbuat konfransına da qatıla bilməyib: “Oyunun gedişində səhhətimdə problem yarandı. Özümü pis hiss etdiyim üçün dördüncü hakim İnqilab Məmmədova vəziyyəti dedim və “mətbuat konfransına qatılmasam, problem olmaz ki”, - deyə soruşdum. O da heç bir probemin olmadığını söylədi. Matçdan sonra həkim yoxladı və təzyiqimin düşdüyü məlum oldu. Vəziyyətimin stabilləşməsi üçün iynə vuraraq 5-10 dəqiqə uzanmağımı tövsiyə etdi. Mətbuat konfransına isə köməkçim Arif Rizvanov yollandı".
Qeyd edək ki, matç “Sabah”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

//Report