Xırdalanda külək məktəbin damını uçurdu
    • 4-04-2022, 13:08
    • 1 198

Xırdalanda külək məktəbin damını uçurdu

Abşeron rayonu, Xırdalan şəhərində güclü külək məktəbdə fəsad törədib.

Külək nəticəsində Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.

Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”, - deyə əlavə olunub. /Trend/