Röya yenə onu seçdi
    • 4-04-2022, 13:13
    • 2 439

Röya yenə onu seçdi

Xalq artisti Röya Ayxan Türkiyəyə yola düşüb.

Pop ulduz bu dəfə həmkarı Rüfət Axundovla səfərə yollanıb. Buna səbəb məşhur müğənninin Axundovla ifa etdiyi “Nə badə” duetini ( sözləri Orxan Mürvətli, musiqisi Fərid Kərimli) ekranlaşdırmaq istəyidir.  

R. Ayxan klip üçün seçimini yenə Müjdat Küpşidən yana edib. M. Küpşi bundan əvvəl Röyanın “Xəyanət”, “Mən sənsiz”, “Sənə ehtiyacım var”, “Unutmaq lazımdır” kimi layihələrini lentə alıb. Klipin çəkilişləri İstanbulda baş tutacaq və bir neçə gün davam edəcək.
Röya uzaq səfərləri sevmədiyi üçün klip çəkilişləri zamanı orada qalmağı planlaşdırır. 

Qeyd edək ki, M. Küpşi Demet Akalın, Aslı Hünel kimi tanınmış simaların kliplərini lentə alıb.