Azərbaycanda dəhşətli intihar - Qazı açıq qoyub yatdı
    • 4-04-2022, 14:19
    • 1 505

Azərbaycanda dəhşətli intihar - Qazı açıq qoyub yatdı

Şamaxı rayonunda intihar baş verib.

Rayonun Göylər kəndində yaşayan 1977-ci il təvəllüdlü Vəfadar Məmmədov özünü qazla zəhərləyərək intihar edib. Belə ki, mənzildə tək olan 45 yaşlı V.Məmmədov məişət qazını açıq qoyaraq yuxuya gedib.

Daha sonra evə gələn yaxınları mənzilin qazla dolduğunu, V.Məmmədovun isə artıq vəfat etdiyini görüblər.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo/