Sumqayıtda polis əməliyyat keçirərkən ŞOK HADİSƏ – Maşınla kapitanı vurub qaçdılar
    • 4-04-2022, 16:50
    • 1 499

Sumqayıtda polis əməliyyat keçirərkən ŞOK HADİSƏ – Maşınla kapitanı vurub qaçdılar

Ötən ilin 31 may tarixində Sumqayıt şəhərində polis əməkdaşlarının bankomatlardan pul oğurlayan dəstə üzvlərinə qarşı keçirdiyi əməliyyat tədbiri zamanı baş vermiş insidentlə bağlı cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, polis əməkdaşları qrupun üzvlərini saxlamaq istəyrkən 1998-ci il təvəllüdlü, Marneuli rayon sakini Orxan Cəlilovun icarəyə götürdüyü “Hyundai Sonata” markalı avtomobili polis kapitanı Elşən Qafarovun üstünə sürərək ona ağır xəsarətlə yetirməsi və digər 3 şəxslə birgə müqavimət göstərək qaçması faktı ilə bağlı Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Orxan Cəlilov 31.05.2021-ci il tarixdə təxminən saat 19:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin qarşısında olarkən “Hyundai Sonata” markalı avtomobilin sükanı arxasında əyləşib, avtomobildən çöldə dayanan Nurlan adlı tanışının telefonla danışıb avtomobilə əyləşməsini gözləyib. Bu zaman avtomobilinin sağ və arxa hissəsində 2 ədəd avtomobilin dayandığını görüb və öz avtomobilində arxa oturacaqda əyləşmiş tanışı həmin avtomobillərdən düşən şəxslərin polis əməkdaşı olduğunu deməsindən sonra tutulmaq istəmədiyini bildirərək, əməliyyat tədbirini həyata keçirmək üçün gəlmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkillərinin qanuni göstərişlərinə tabe olmayaraq avtomobilini işə salıb qaçmaq istəyib. Bu zaman, ilk öncə avtomobili arxaya doğru, piyada ona yaxınlaşmaqda olan Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Elşən Qafarovun üzərinə qəsdən sürüb sonuncunun avtomobilinə sıxaraq ona sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, sol dirsəyin 2 ədəd sıyrığı ilə müşahidə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran xəsarətlər yetirib. Ardınca avtomobilini yenidən irəli doğru hərəkət etdirməklə hadisə yerindən qaçaraq hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərib.

Davam etdirilən tədbirlər nəticəsində bankomatlardan oğurluq edən dəstə üzvləri, eləcə də polis əməkdaşına xəsarətlər yetirmiş O.Cəlilov tutulub.
Sumqayıt şəhər Məhkəməsi Orxan Cəlilovu Məcəlləsinin 127.1 və 315-ci maddələri ilə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və cəzasını ciddi rejimli müəssisədə çəkməyə məhkum edilməsinə hökm edib.