Aİ Rusiyaya qarşı beşinci sanksiya paketinin əhatə edəcəyi sahələri açıqladı
    • 5-04-2022, 17:03
    • 1 672

Aİ Rusiyaya qarşı beşinci sanksiya paketinin əhatə edəcəyi sahələri açıqladı

"Rusiya Ukaynanın dinc əhalisinə qarşı qəddar, amansız müharibə aparır. Bu gərgin məqamda təzyiqləri davam etdirmək lazımdır. Bu gün beçinci sanksiyalar paketini təklif edirik". 

News24.az
xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen "Twitter" hesabında yazıb.

Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanksiya paketinin hansı sahələri əhatə edəcəyini açıqlayan Lyayen bildirib ki, Rusiyadan ildə 4 milyard avro dəyərində kömür idxalına qadağa qoyulacağını bildirib: "Rusiyanın 4 əsas bankında, o cümlədən Rusiyanın 2-ci ən böyük bankı olan VTB-də tam əməliyyat qadağası qoyulmasını, Rusiya və Belarus gəmilərinin Avropa İttifaqı ölkələrinin limanlarına çıxışınının yasaqlanmasını, həmin ölkələrin avtomobil nəqliyyatı operatorlarına qadağan olunmasını, mühüm sahələrdə 10 milyard avro dəyərində əlavə ixrac qadağalarının tətbiq olunmasını təklif edirik”.