Çavuşoğlu NATO XİN başçılarının görüşündə iştirak edəcək
    • 5-04-2022, 17:55
    • 1 482

Çavuşoğlu NATO XİN başçılarının görüşündə iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah NATO xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

News24.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Çavuşoğlu bəzi həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, Alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək iclası iki gün davam edəcək.