Türkiyə Qara dənizdə növbəti dəfə mina tapdı
    • 6-04-2022, 16:20
    • 594

Türkiyə Qara dənizdə növbəti dəfə mina tapdı

Qara dənizdə, Türkiyənin şimal-qərb sahillərində növbəti dəfə mina aşkar edilib.

News24.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, minanın Kefken adası sahillərində aşkar olunub. Hazırda minanın zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, bununla da Türkiyənin Qara dənizdə aşkar etdiyi mina sayı 3-ə çatıb. Belə ki, ilk mina martın 26-sı İstanbul Boğazında, 2-ci mina isə martın 28-i İğneada sahillərində tapılmışdı.