17 milyon kv.m ərazi mina və partlamamış hərbi sursatdan təmizləndi
    • 31-03-2021, 15:33
    • 472

17 milyon kv.m ərazi mina və partlamamış hərbi sursatdan təmizləndi

ANAMA tərəfindən cəbhəboyu ərazilər və işğaldan azad olunmuş ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursatlar aşkar edilib və zərərsizləşdirilib. 

News24.az xəbər verir ki, bunu ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 17 milyon kv.m. ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib: "Sentyabrın 2-dən bu günə qədər 17327 ədəd mina və hərbi sursat aşkar edilib, hazırda Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocavənddə axtarışlar aparılır".