Saatlıda polis əməliyyat keçirdi - narkotacir həbs olundu
    • 6-04-2022, 17:06
    • 557

Saatlıda polis əməliyyat keçirdi - narkotacir həbs olundu

Saatlıda polis əməliyyat keçirib, narkotacir həbs olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İsməli Fərəcov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitələrin satışından əldə etdiyi pullar, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən narkotik maddə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.