Narkotik satan İmişli sakini saxlanıldı
    • 31-03-2022, 11:26
    • 683

Narkotik satan İmişli sakini saxlanıldı

İmişli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikll vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Orxan Vəlizadə saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə psixotrop maddə olan metamfetamin və heroin, bir ədəd elektron tərəzi və narkotiklərin satışından əldə etdiyi 170 manat pul aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.