-
- 6-04-2022, 18:51
- 495
Solovyovun İtaliyadakı villasını yandırmağa cəhd ediblər
Çərşənbə günü səhər saatlarında naməlum şəxslər rusiyalı teleaparıcı Vladimir Solovyovun İtaliyanın Komo şəhərində yerləşən villasını yandırmağa cəhd ediblər.
News24.az xəbər verir ki, Solovyovun Ukraynadakı hadisələrlə bağlı Aİ-nin sanksiya siyahısına salınmasından sonra mart ayında İtaliyanın “Finguardia” şirkəti onun Komo gölünün qərb sahilində yerləşən Loveno qəsəbəsindəki (Menaggio kommunası) villasına həbs qoyulması ilə bağlı qərar çıxarıb.
Yerli sakinlərdən birinin çağırışı ilə hadisə yerinə gəldiyi güman edilən yanğınsöndürənlər yanğını asanlıqla söndürə biliblər. Yanğını törədənlərin təkərlərdən istifadə etdiyi bildirilir. Komoda Solovyova məxsus olduğu ehtimal edilən başqa bir ev də zərər çəkib, belə ki, evin divarlarında naməlum şəxslər tərəfindən bəzi yazılar yazılıb.
Komo əyalətində yanğınla bağlı araşdırmalar başlayıb. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları aparıcının özü ilə əlaqə saxlayıblar.
Ehtimallara görə, Solovyovun Komoda ümumi dəyəri 8 milyon avro olan üç mülkü var. /Oxu.az/