Ukraynada silahlı atışma - YARALANANLAR VAR
    • 3-09-2020, 11:01
    • 537

Ukraynada silahlı atışma - YARALANANLAR VAR

Kiyev bölgəsində yerləşən kafelərdən birinin ərazisində silahlı atışma olub.

News24.az RİA-ya istinadən xəbər verir ki, Ukrainka qəsəbəsində naməlum şəxslər tərəfindən törədilən hadisə nəticədə üç nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Daha sonra isə onlardan biri qaçıb. 

Həmin şəxslər hadisə ilə bağlı polisə izahat verməkdən imtina ediblər.