Xırdalanda 44 yaşlı kişi itkin düşdü - FOTO
    • 7-04-2022, 17:29
    • 346

Xırdalanda 44 yaşlı kişi itkin düşdü - FOTO

Abşeron rayon sakini itkin düşüb.

News24.az APA-ya istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Hüseyn Məmmədov işə getmək adı ilə ötən gün saat 14.00 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Ailə üzvləri onun evdən öz avtomobilində çıxdığını bildiriblər. H.Məmmədovun avtomobili parkda aşkarlanıb.

Faktla bağlı, Abşeron Rayon Polis Şöbəsinə məlumat verilib.

H.Məmmədovu görənlərdən 0503529699 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.