Goranboyda baş verən qəzada bir nəfər xəsarət aldı
    • 8-04-2022, 00:08
    • 346

Goranboyda baş verən qəzada bir nəfər xəsarət aldı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21099” markalı minik maşını digər avtomobillə toqquşub.

Qəza zamanı bir nəfər kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /APA/