Gəncədəki qəzada ana və körpəsi xəsarət alıb
    • 7-04-2022, 00:52
    • 387

Gəncədəki qəzada ana və körpəsi xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan "BMW" ilə digər minik maşını toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü F.Rzayeva və onun övladı, 2009-cu il təvəllüdlü S.Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriblər.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./APA/