Qazaxda qəza baş verdi, 2 nəfər xəsarət aldı
    • 17-05-2020, 16:14
    • 995

Qazaxda qəza baş verdi, 2 nəfər xəsarət aldı

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı avtomobillərin birində olan sərnişinlər 1956-cı il təvəllüdlü Qəhrəmanova Şəfiqə Kərim qızı və 1966-cı  il təvəllüdlü Qəhrəmanova Cəmilə Kərim qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.