-
- 8-04-2022, 11:45
- 243
Deputatdan TƏNQİD: “Xaricilərə sitayiş bizim köhnə xəstəliyimizdir”
“Dil, heç bir özəl “göstəriş” olmadan öz normalarını bəlirləyir, ehtiyac duyanda yeni sözlər yaradır və ya qəbul edir, gərəksiz, “bəyənmədiyi” sözləri çıxdaş edir. Bu, canlı və son dərəcə maraqlı bir inkişaf yoludur. Çevik düşüncə qabiliyyəti olan xalqlar bu prosesdə dilə “yardım” edirlər, dilin sözyaratma qanunlarına uyğun şəkildə dilə öz “ideyalarını”, yəni yeni sözlər təklif edirlər. Bu, dilin zəginləşmə yollarından biridir”.
News24.az xəbər verir ki, bu fikirləri Millət vəkili Sabir Rüstəmxanlı Feysbuk hesabında paylaşıb.
O bildirib ki, dilin təbiətinə uyğun olsa, xoşuna gəlsə yeni sözləri söz dağarcığına qəbul edir, “könlünə yatmasa”, qəbul etmir: “Azərbaycan xalqı müsəlmandır və 1400 ilə yaxındır oruc tutur. İki dənə də halal söz yaradıb: “obaşdan” və “orucaçılan”. Kəndlərimizdə indi də belə deyirlər. Güney Azərbaycanda da belə işlədilir. Ancaq nədənsə son dönəmlərdə yazılı dilimizdə “obaşdan” əvəzinə “imsar”, “orucaçılan” yerinə “iftar” demək dəbə minib. Köhnədən arada iftar vaxtı deyilirdi, lakin “imsar” deyən yox idi. Təkcə söz məsələsi deyil, vabançılara vurğunluq, xaricilərə sitayiş bizim köhnə xəstəliyimizdir; sağalmır ki, sağalmır...”