1, 2, 3-cü siniflər üzrə ehtiyat dərsliklər istifadəyə veriləcək
    • 1-03-2022, 15:40
    • 1 612

1, 2, 3-cü siniflər üzrə ehtiyat dərsliklər istifadəyə veriləcək

"Təhsil Nazirliyi tərəfindən 1, 2, 3-cü siniflər üzrə ehtiyat dərsliklər istifadəyə veriləcək".

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırlanan dərsliklər 1-3 il müddətində hazırlanıb, istifadəyə verilir:
"Bəzən dərsliklərdə səhvlər olanda birbaşa Təhsil Nazirliyinin üzərinə yüklənirlər. Təhsil Nazirliyi bütün dərslikləri çap etməzdən əvvəl ictimai müzakirəyə təqdim edir".

Nazir qeyd edib ki, dilin saflığı baxımından dərsliklərdə dilin sadələşdirilməsinə ehtiyac var: "Fikrimcə, bu baxımdan məzmuna yenidən baxmalıyıq. Bu isə ictimai iştirakçılıq əsasında təkmilləşdirilməlidir".