Azərbaycanda 202 uşaq övladlığa verildi
    • 8-04-2022, 12:22
    • 262

Azərbaycanda 202 uşaq övladlığa verildi

2019-cu ildən indiyə qədər Azərbaycanda 202 uşaq övladlığa verilib.

News24.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.

O bildirib ki, onlardan 104 nəfər oğlan, 98-i qızdır: “Bu ilin aprelin 1-ə kimi isə 54 uşaq övladlığa verilib”.