-
- 9-04-2022, 00:16
- 415
Rusiyaya qarşı beşinci sanskiya paketi qüvvəyə mindi
Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanskiya paketi qüvvəyə minib.
Yeni məhdudiyyətlər siyahısına “Kalaşnikov” konserni, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, “Sberbank”ın rəhbəri German Qref, həmçinin “Rusal” konserninin şəriki Oleq Deripaska, Rusiya Prezidenti Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova daxildir.
Aİ həmçinin “VTB”, “Sovcombank”, “Novikombank” və “Otkritie Bank”a qarşı sanksiyaları genişləndirib. Belə ki, bankların aktivləri dondurulub.
Ümumilikdə, Aİ-nin Rusiya və Belarus, həmçinin qondarma Donetsk və Luqansk respublikaları üçün yenilənmiş "qara siyahı"sına 80 hüquqi və 1091 fiziki şəxs düşüb. /Report/