Novxanıda evdən içində 100 min manat olan seyf oğurlandı
    • 9-04-2022, 11:02
    • 236

Novxanıda evdən içində 100 min manat olan seyf oğurlandı

Abşeron Rayon Polis İdarəsinə Novxanı kəndi ərazisindəki evlərin birindən 10.000 manat pul, sənəd olan seyf və 1 ədəd “Winchester” markalı ov tüfənginin oğurlanması barədə müraciət daxil olub. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əhmədov müəyyən edilərək saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.