Hövsanda qaz infrastrukturuna dəyən ziyan aradan qaldırıldı
    • 9-04-2022, 13:26
    • 298

Hövsanda qaz infrastrukturuna dəyən ziyan aradan qaldırıldı

Hövsan qəsəbəsində ağır avtomobil qəzası nəticəsində qaz infrastrukturuna dəyən ziyan aradan qaldırılıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsal Birliyi məlumat yayıb.

Bildirilir ki, "BAŞDAN AYAĞA" adlı yeni aksiya çərçivəsində Birliyinin baş direktorunun müavinləri qəza xidmətinin əməkdaşlarına dəstək olublar.

"Qısa müddətdə abonentlərə qazın verilişi təmin olunub", - məlumatda deyilir.