-
- 12-04-2022, 18:59
- 482
"Dadı olmaz vaxtsız dəyən armudun..." - Mövsümsüz meyvələr bazarından VİDEOREPORTAJ
Qiymətləri yetərincə baha olan mövsüm meyvələri vaxtından əvvəl bazar piştaxtalarını bəzəyib. Əvvəllər bu meyvələri yemək üçün yayın gəlməsini gözləsək də, indi buna ehtiyac qalmır. Yaydan əvvəl gələn yay meyvələri bazarlara hardan gətirilir? Hansı şəraitdə yetişdirilir?
News24.az bu suallarla paytaxtdakı "Yaşıl bazar"ın satıcılarına üz tutdu. Satıcılar isə deyir ki, bu meyvələr, əsasən, Şəmkir və Cəlilabad, Göyçaydan gəlir. İlk olaraq parnikdə əkilsələr də, havaların isinməsilə əlaqədar olaraq parniklər açılıb, bu meyvələr təmiz havada yetişib. Bazar piştaxtalarında qarpız və yemişə də rast gəldik. Mövsümündən çox əvvəl bazara çıxan bu bostan bitkilərini satıcılar əsasən İrandan gətirdiklərini deyirlər. Satıcılar sözügedən meyvələrin sağlamlığına şübhə ola bilməz desələr də, alıcıların fikirləri müxtəlifdir.
Bəziləri onları sağlam hesab etmir, bəziləri düzgün yeyilərsə, sağlamlıq üçün faydalı ola biləcəyini düşünürlər. Bir başqaları isə bu meyvələrin sağlam olmadığını desələr də, almaqdan vaz keçmirlər. Aralarında “hər meyvə öz mövsümündə gözəldir, ancaq vitamin azlığını dəf eləmək üçün məcbur qalıb bu meyvələrdən alırıq” deyənlər də var.
Bizə gəlincə, meyvələr gözümüzü oxşasa da, sağlamlığımızı qorumaq daha vacibdir. Kəsəsi,hər meyvə mövsümündə gözəldir.
Qumral ƏLİYEVA
Nicat NİFTƏLİYEV