Bayden:
    • 13-04-2022, 11:13
    • 389

Bayden: "Neft qiymətlərini azaltmaq üçün bazara 60 milyon barrel neft çıxarılacaq"

30-dan çox ölkə neft qiymətini aşağı salmaq üçün bazara 60 milyon barrel neft çıxarmağa hazırlaşır.

News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden “Twitter” hesabında məlumat verib. 

Bayden Rusiyanın Ukraynaya müdaxiləsinin bütün dünyada yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olduğunu vurğulayıb. 

“Qiymət artımının öhdəsindən gəlməyə kömək etmək üçün mən növbəti 6 ay ərzində Strateji Neft Ehtiyatımızdan gündəlik 1 milyon barrel neftin buraxılmasına icazə verdim və 30-dan çox ölkə 60 milyon əlavə barrel buraxmağa razılaşdı. Bu, tarixdə ən böyük kollektiv buraxılışdır” deyə Co Bayden bildirib.