Zaqatalada 20 sürücü cərimələndi -REYD
    • 13-04-2022, 20:36
    • 294

Zaqatalada 20 sürücü cərimələndi -REYD

Zaqatalada yol polisləri tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi və barələrində qanuni tədbir görülməsi məqsədi ilə reydlər təşkil edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən reydlərdə piyada səkilərində, müəyyən edilməyən ərazilərdə və avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər aşkarlanıb. Ümumilikdə sadalanan qayda pozuntularına yol verən 20 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.