Sabah bu rayonlarda qaz olmayacaq
    • 13-04-2022, 23:03
    • 372

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Bakının iki rayonunun təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə News24.az- a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Hövsan Digah" magistral qaz kəmərində 14.04.2022-ci il tarixdə saat 09:00-dan təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Suraxanı və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq