Ukrayna ilk dəfə olaraq ABŞ-dan AĞIR SİLAHLAR ALIR
    • 13-04-2022, 23:39
    • 343

Ukrayna ilk dəfə olaraq ABŞ-dan AĞIR SİLAHLAR ALIR

Co Bayden Volodimir Zelenskiyə bildirib ki, ABŞ Ukraynaya zirehli personal daşıyıcıları, artilleriya sistemləri və helikopterlər verəcək.

Bu barədə Ağ Evin iki lider arasındakı söhbətdən sonra yaydığı press-relizdə deyilir.
"Bu yeni yardım paketinə artıq təmin etdiyimiz bir çox yüksək performanslı silah sistemləri, eləcə də Rusiyanın Ukraynanın şərqində başlayacağını gözlədiyimiz daha geniş hücuma uyğunlaşdırılmış yeni imkanlar daxil olacaq.

Bu yeni imkanlara artilleriya sistemləri, artilleriya mərmiləri və zirehli personal daşıyıcıları daxildir. Bayden əlavə helikopterlərin təhvil verilməsini də təsdiqləyib", - bəyanatda deyilir. /Publika.az/