-
- 14-04-2022, 15:33
- 389
"Azərsu" rəsmisi: "Şuşa 24 saat içməli su ilə təmin olunur"
"Azərsu" ASC Şuşa şəhərini 24 saat içməli su ilə təmin edir.
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə qəza bərpa xidmətinin rəhbəri Oqtay Həziyev deyib.
"Şuşa işğaldan azad olunandan sonra məlum olub ki, şəhərə iki əsaslı mənbədən çəkilmiş su xətlərini ermənilər dağıdıb. Biz qəza-bərpa qrupu olaraq boruları təmir etdik. Hazırda Şuşa 24 saat içməli su ilə təmin olunur. Prezidentin tapşırığı ilə şəhərin turizm mərkəzinə çevrilməsi üçün bura gələn magistral su xətlərini yenilədik. Şuşadakı 800 kubmertlik və 1 000 kubmetrlik anbarlar da bərpa edilir. Gələcəkdə Şuşanın tam dayanıqlı içməli su ilə təmin olunması üçün yeni, yardımçı anbar sahəsi yaradılır. Bu anbara mövsümü çayların suları yığılaraq nasoslarla şəhərə veriləcək. Bu da onu deməyə əsas verir ki, gələcəkdə şəhərin içməli su ilə təmin olunmasında heç bir problem olmayacaq", - deyə o, qeyd edib.
"Azərsu" rəsmisinin sözlərinə görə, Şuşada ümumilikdə 3 yeni anbarın inşası nəzərdə tutulub: "Qısa müddətdə o anbarlar inşa olunacaq. Şuşa şəhərindən gedən iki su xətti - Zarıslı və Nəbilər xətləri var. 2-ci xətt 426-lıq və 530-luq borularla yenilənib. Yeni yaradacağımız su mənbəyi isə Daşaltı kəndinin yuxarı hissəsində olacaq".
Bundan başqa, O.Həziyev bildirib ki, hazırda Şuşada mövcud kanalizasiya şəbəkəsindən istismar olunur.: "Bununla belə, şəhərin bərpası işləri çərçivəsində yeni kanalizasiya sistemlərinin yaradılması, mövcud sistemlərin yenidən qurulması nəzərdə tutulub. Şuşanın Baş Planı təsdiqlədikən sonra biz bu istiqamətdə işimizə başlayacağıq".