Bu gün və sabah bu ərazilərdə içməli su FASİLƏLƏRLƏ VERİLƏCƏK - AZƏRSU
    • 7-06-2019, 11:09
    • 828

Bu gün və sabah bu ərazilərdə içməli su FASİLƏLƏRLƏ VERİLƏCƏK - AZƏRSU

Bu gün və sabah Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində içməli su fasilələrlə veriləcək. 

"Azərsu" ASC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sözügedən ərazidə içməli suyun iki gün müddətdində fasilələrlə verilməsi yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.