Qarabağın 30 min manatlıq cins atı “Sultan”ı HEÇ KİM ALMADI - FOTO/VİDEO
    • 16-04-2022, 12:30
    • 502

Qarabağın 30 min manatlıq cins atı “Sultan”ı HEÇ KİM ALMADI - FOTO/VİDEO

Qarabağ təkcə mədəniyyəti, incəsənəti və təbiəti ilə deyil, həm də atları ilə də dünyaya səs salıb. Qarabağ atları Asiya  və Qafqazda ən qədim at cinsi hesab edilir. Dünyada tanınan 260 at növündən fərqlənən Qarabağ  atları həm soyuq, həm də isti iqlimə tez uyğunlaşır, sürətinə görə xüsusi seçilir. Bu gün Azərbaycanda ilk dəfə olaraq Qarabağın cins atlarının auksion vasitəsilə satışı reallaşdırılıb.

News24.az-ın əməkdaşlarının da iştirak etdiyi auksionda təsərrüfat sahibləri, sahibkarlar, fermerlər iştirak edib. 

İlkin mərhələdə auksiona 3 Qarabağ atı çıxarılıb. Adları “Sultan”, “Sahil” və “Zilaxar” olan bu atlar şəcərəsi, xarici görünüşü və digər xüsusiyyətlərinə görə xüsusi olaraq seçilir. Auskionda “Sultan”ın ilkin qiyməti 30 min manat, "Sahil"in 5 min manat, "Zilaxar"ın isə 7 min manat müəyyənləşib.

Auksionda əvvəlcə iştirakçılara Qarabağ atları haqqında məlumatlar verilib.Ardınca hərrac prosesi baş tutub.Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılıb və satış hərrac formatına uyğun olaraq həyata keçirilib.

Qeyd edək ki, növbəti mərhələdə “Kəndir”, “Şaban” və “Segah” adlı atların auksiona çıxarılması nəzərdə tutulur.

Reportajı təqdim edirik:
Qumral Əliyeva
Foto: Teymur Məmmədov
Video: Nicat Niftəliyev