Şəhərin mərkəzində “avtoş” ağır qəzaya düşdü
    • 18-04-2022, 20:47
    • 357

Şəhərin mərkəzində “avtoş” ağır qəzaya düşdü

Bakıda baş verən dəhşətli qəzanın görüntüləri anbaan avtomobildəki kameraya qeyd olunub.

“Nissan Altima” markalı avtomobilin sürücüsü aprelin 16-da, paytaxtın Rəşid Behbudov küçəsində ötmə və manevr qaydalarını kobud şəkildə pozaraq hərəkət edib.

O, Salatın Əsgərova küçəsi ilə kəsişmədə svetoforun qırmızı işığında yüksək sürətlə hərəkətinə davam etmək istəyərkən yolayrıcında ağır qəzaya səbəb olub.

Belə ki, “Nissan”ın sürücüsü yaşıl işıqda hərəkət edən “Uber” şirkətinə məxsus “Toyota Prius” markalı avtomobillə toqquşaraq səkiyə çırpılıb.
/Publika.az/