Bakı sakinini döyüb 3800 manatını alıblar
    • 19-04-2022, 11:17
    • 342

Bakı sakinini döyüb 3800 manatını alıblar

Bakı sakininə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Qaradağ rayon Polis İdarəsinnin 11-ci Polis Bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.