Gülşen üçün Bakıya özəl geyim hazırlanır
    • 19-04-2022, 15:45
    • 678

Gülşen üçün Bakıya özəl geyim hazırlanır

Son zamanlar səhnə geyimləri və “Lolipop” mahnısı ilə gündəmdə olan türkiyəli müğənni Gülşen Bakıya gəlir.

News24.az
-ın məlumatına görə, Mega Müzik şirkətinin təşkil etdiyi konsert 27 may Bakı Konqress Mərkəzində keçiriləcək.

7 il sonra Bakıda komandası ilə səhnəyə çıxacaq müğənni 1,5 saatlıq proqramda sevilən hitlərini səsləndirəcək.

Səhnədə fərqli obrazlara üstünlük verən Gülşen paytaxtımızda da özünəməxsus tərzi ilə diqqət çəkəcək. Belə ki, sənətçiyə Bakı səhnəsi üçün xüsusi geyim hazırlanır.

Qeyd edək ki, konsertə biletlərin qiyməti 35 manatdan 220 manatadəkdir.