Sılanı Bakıya kim gətirir? - FOTO
    • 9-07-2018, 11:37
    • 4 042

Sılanı Bakıya kim gətirir? - FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Sıla konsert proqramı ilə paytaxtımızın qonağı olacaq. 

Möhtəşəm gecə 29 dekabr tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.

İfaçını ilk dəfə paytaxtımıza tərkibində bir neçə şirkəti birləşdirən “Liatris Holding”gətirir. Artıq ifaçı ilə holdingin rəhbəri Ruhi Əliyeva arasında müqavilə də imzalanıb. 

Konsertin təşkilatçılıq işləri isə illərdir yerli və xarici ulduzlar, o cümlədən Patrisiya Kass, Sami Yusif, Gülşen, Röya Ayxan və.s üçün konsertlər təşkil edərək uğura imza atmış “Kevents Group”a aiddir. 

Konsertin informasiya dəstəyi News24.az saytına məxsusdur. 

Teymur Məmmədov