-
- 19-04-2022, 15:57
- 389
Bakıda kişi ondan əl çəkməyən qadını məhkəməyə verdi
Qaradağ rayon Məhkəməsinə maraqlı müraciət daxil olub.
News24.az-ın məlumatına görə, rayon sakini Fazil Fətəliyev (ad və soyadlar şərtidir) məhkəməyə müraciət edərək Salyan rayonunda yaşayan qadının ona daim narahat etdiyini, sosial şəbəkələr və digər vasitələrlə əlaqə saxlayaraq təhqir etdiyini bildirib. O qeyd edib ki, 2017-ci ildə Salyanın Xıdırlı kəndinə idarə etdiyi yük maşını ilə mişar daşı aparıb və orada onun nömrəsini Səidə adlı qadın götürüb. Daha sonra Səidə ona zəng edərək əlaqə qurub. Lakin o, Səidəyə evli olduğunu bildirərək uzaqlaşmaq istəyib. Bundan sonrakı dövrdə Səidənin bütün əlaqə nömrələrini, sosial şəbəkə profillərini bloka salan Fazil ondan qurtula bilməyib. Belə ki, hər dəfə fərqli profil açan Səidə onun səhifəsinə yazaraq təhqir edib.
F.Fətəliyev həmin qadının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən məsuliyyətə cəlb edilməsini xahiş edib.
Qaradağ rayon Məhkəməsi cavabdeh tərəfin Salyan rayonunda qeydiyyatda olmasını nəzərə alaraq işi həmin rayonun məhkəməsinə göndərib.