Bakıda ŞOK HADİSƏ – Qardaşının gənc xanımına gözü düşdü, ailə dağıldı, ata həbs edildi - TƏFƏRRÜAT
    • 19-01-2022, 12:30
    • 1 069

Bakıda ŞOK HADİSƏ – Qardaşının gənc xanımına gözü düşdü, ailə dağıldı, ata həbs edildi - TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 7 may tarixində Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü S.Bağırovanın qayınatası, Kəlbəcər rayon sakini, 1963-cü il təvəllüdlü İ.Ağayev tərəfindən bıçaqlanması hadəsəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, 59 yaşlı kişi barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə törədildikdə) maddəsi ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb.

Belə ki, məlum olub ki, Səidə Bağırova (şərti ad-soyad) İ.Ağayevin oğlu Vasiflə 2015-ci ildə ailə həyatı qurub və onların 2 oğlu dünyaya gəlib.

Lakin sonradan Vasifin qardaşı, yəni Səidənin qayını ona sevgi etiraf edib və əxlaqsız təkliflər edərək yanında qeyri-etik hərəkətlər etməyə başlayıb. Həyat yoldaşının qardaşının hərəkətlərinə məhəl qoymaması səbəbindən Səidə evi tərk etmək qərarına gəlib. O, evdən çıxıb gedəndən 2 gün sonra geri qayıdaraq əşyalarını da aparıb və boşanmaq, eləcə də uşaqların ananın himayəsinə verilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Martın 29-da Səbail rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların anaya verilməsinə dair qətnamə çıxarılıb. Mayın 7-də Sabunçu rayon İcra Şöbəsinin əməkdaşlarının iştirakı və təşkilatçılığı ilə S.Bağırova anası və əmisi ilə birgə uşaqları götürmək üçün qayınatasının evinə gedib. 
Bu zaman İ.Ağayev uşaqlara yaxşı baxdıqlarını, ananın özünü evi tərk edib getdiyini bildirib və özünü uşaqları nə vaxt istəyərsə Səidə ilə görüşə aparacağını deyib. İcraçılar və qarşı tərəf isə məhkəmə qərarının olduğunu və 2016-2018-ci il təvəllüdlü 2 uşağın anaya verildiyini bildirib. Bu zaman Səidə anası ilə birgə uşaqları götürrək evdən küçəyə çıxıblar və uşaqları maşına mindiriblər. 

Gəlininin nəvələrini götürüb apardğını görən və təhqiramiz ifadələrin işlədildiyi mübahisə səbəbindən İ.Ağayev bıçaq götürərək küçəyə qaçıb və Səidəyə zərbə endirib. Bu zaman S.Bağırovanın anası araya girib və əli kəsilib.

Məhkəmədə şahid kimi ifadə verən S.Bağırovanın həyat yoldaşı Vasif bildirib ki, həqiqətən qardaşı ilə həyat yoldaşının münasibətləri pis olub, bu səbbədən xanımı evi tərk edib. O, atasının Səidəni uşaqları götürüb evdən çıxarkən onun ünvanına “bunun özü də, uşaqları da oğraşdı” deyib, təhqir etdiyinə görə bıçağa əl atdığını deyib.

Məhkəmədə S.Bağırova qayınanatısınn onu bıçaqladığına görə sonradan 5 min manat təzminat ödədiyini bildirirək ondan daha şikayətçi olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses yanvarın 11-də başa çatıb. İ.Ağayev 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.