-
- 19-04-2022, 17:29
- 314
Avtobus zolaqları niyə zəbt olunur? - VİDEOREPORTAJ
Paytaxtın müxtəlif ərazilərində avtobusların dayanması üçün çəkilən zolaqlar taksilər, yaxud fərdi avtomobillər tərəfindən zəbt olunur, desək, yanılmarıq. Bu qanunla qadağan olunsa da, bəzi sürücülər təəssüf ki, bunu unudur. Avtobuslar onlar üçün nəzərdə tutulan zolaqlarda dayana bilmir və nəticədə əziyyət çəkən sərnişinlər və ictimai nəqliyyatı idarə edən sürücülər olur. Bəs, bu proses necə tənzimlənməlidir? Bu problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?
News 24.az-a açıqlamasında buna münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, gerçəkdən avtobus zolaqları ilə bağlı məsələ heç də ürək açan deyil: “Bu gün avtobus zolaqlarının çəkildiyi əksər ərazilərdə sıxlıq müşahidə olunur. Nəqliyyat hərəkətini elə qurmaq lazımdır ki, digər hərəkət iştirakçıları bundan ziyan çəkməsin. Avtobus zolaqlarında bu cür qayda pozuntuları elə təəsurat yaradır ki, bunlar lazımsızdır. Əslindəsə belə deyil.”
Elməddin Muradlı deyir ki, bəzi avtomobil sürücüləri istəməsələr də zolaqll əraziyə keçməyə məcburdurlar: “Bəzən bu pozuntular zərurətdən irəli gəlir. Avtobus zolaqlarının keçdiyi ərazilərdə iri ticarət mərkəzlərinin, ictimai iaşə müəssisələrinin parklanma yeri olmadığından maşınlar avtobus zolaqlarını zəbt etmək məcburiyyətində qalır.”
Ekspert problemin daha bir səbəbini də avtobusların azlığında görür. O qeyd edir ki, “manatlıq” taksilər ictimai nəqliyyatın yükünün 20-30 faizini öz üzərinə götürür.
Müsahibimiz problemin həllini isə kompleks tədbirlər həyata keçirilməsində görür: “ Bu problemin aradan qaldırılması üçün bütün qurumlar məsuliyyətli olmalı və tərəfdaşlıq etməlidir.”
Düzdür, zolaqlı əraziyə girməyin qanuni məsuliyyəti var, yəni sürücü 40 manat məbləğində cəzalanır, amma bununla yanaşı istər avtomobil, istərsə də, avtobus sürücüləri daha məsuliyyətli olmalı, qaydalara ciddi əməl etməlidirlər. Yalnız o zaman bu problem aradan qalxa bilər”.
Müxbir: Qumral ƏLİYEVA
FOTO/VİDEO: Nicat NİFTƏLİYEV