-
- 19-04-2022, 17:48
- 467
UNEC - lə "Xəzər Media Mərkəzi" arasında əməkdaşlıq memorandumu İMZALANDI - FOTOLAR
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Xəzər Media Mərkəzi" arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
News24.az xəbər verir ki, tədbirdə çıxış edən rektor professor Ədalət Muradov tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə UNEC-in real sektorla əlaqələrinin genişləndirməsinin, eləcə də təhsil sektorunda bazar münasibətlərinin formalaşdırmasının vacibliyindən danışıb.
UNEC-də ABŞ və Avropanın nüfuzlu beynəlxalq reytinqlərdə yer alan aparıcı universitetlərinin proqramları əsasında MBA proqramı üzrə “Sosial media marketinqi” sahəsində peşəkar mütəxəssis hazırlığı həyata keçirildiyini diqqətə çatdıran rektor, tələbələrin sosial medianın marketinq analitikası, strateji internet marketinqi, sosial media ekosistemi, media kommunikasiyası və planlaması, korporativ idarəetmə və s. üzrə bilik və bacarıqlara yiyələndiklərini bildirib. Onların medianın fəaliyyətinə və işin müasir səviyyədə qurulmasına töhfələr verə biləcəklərindən əminliyini ifadə edib. Professor Ədalət Muradov “Xəzər Media Mərkəzi" ilə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını, ali təhsildə həyata keçirilən yeniliklərin ictimaiyyətə çatdırılması və cəmiyyətin ölkə ali təhsilinə inamının artırılması baxımından faydalı olacağını deyib.
“Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov da rəhbərlik etdiyi televiziya ilə UNEC-in birgə əməkdaşlığından məmnunluğunu dilə gətirib. O, eləcə də UNEC-də müxtəlif istiqamətli ixtisaslar üzrə hazırlanan peşəkar mütəxəssislərin “Xəzər Media Mərkəzi”nin fəaliyyətinə cəlb olunmasının önəmini vurğulayıb: “Bu gün siz elə sahələr üzrə mütəxəssis yetişdirə bilərsiniz ki, biz o sahə üzrə peşəkarı heç yerdə tapa bilmərik.
Məsələn, sosial media marketinqi götürək. Hamımız görürük ki, indiki zamanda bu sahənin peşəkarlarına çox ehtiyac var. Sevinirəm ki, İqtisadiyyat Universitetinin geniş sosial platformaları var”.
Murad Dadaşov əlavə edib ki, UNEC-lə əməkdaşlıq rəhbərlik etdiyi kollektiv üçün yenilik olmaqla yanaşı, maraqlı təcrübə olacaq: “Düşünürük ki, belə əməkdaşlıqlar çox faydalıdır. "Xəzər Media Mərkəzi" olaraq, biz tələbələrin praktik biliklərinin artırılması ilə bağlı təşəbbüsləri dəstəkləyirik və bugünkü imzalanma mərasimi də buna əyani sübutdur. Azərbaycanın ali təhsil ocaqları ilə bu prosesin silsilə olmasını arzu edir, Azərbaycan gənclərinin inkişafına yönələn savadlı, istedadlı gənclərimizin işlə təminatına xidmət edəcək faydalı əməkdaşlıqda rol almaqdan məmnuniyyət duyuruq".
Sonra UNEC rektoru, professor Ədalət Muradov və “Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov əməkdaşlıq haqqında memorandum imzalayıblar. Sənədə əsasən, tələbələrin istehsalat təcrübəsinin, yay təcrübə proqramlarının keçirilməsi, media sahəsində yeni layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində hazırlanması və yayımlanması, media sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, birgə tədqiqatların aparılması, konfransların, təlimlərin və seminarların təşkil edilməsi və s. nəzərdə tutulur.