Neftçalada zəlzələ oldu
    • 20-04-2022, 21:46
    • 435

Neftçalada zəlzələ oldu

Aprelin 20-də yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən News24.az -a bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 32 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.